​Həyat yoldaşı və qızını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Həyat yoldaşı və qızını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası martın 29-na təyin edilib
Hadisə
12 Mart , 2016 11:14
​Həyat yoldaşı və qızını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 12 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşı və qızını özünüöldürmə həddinə çatdırmaqda təqsirləndirilən Fərzəliyev Asəf Fərzalı oğlu və xuliqanlıqda təqsirləndirilən Fərzəliyev Fəxri Fərzalı oğlu barəsində olan hökmdən apellyasiya şikayəti və apellyasiya protesti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, intihar hadisəsi 2014-cü ilin avqustun 12-də Yasamal rayonu, Yeni Yasamal, ev 10, mənzil 107-də baş verib. 1968-ci il təvəllüdlü Fərzəliyeva Kifayət Vəli qızı və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyeva özlərini 9-cu mərtəbədən ataraq intihar edib. Faktla bağlı Yasamal Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq zamanı müəyyən olunub ki, avqustun 9-da ailənin kiçik qızı Aytən Fərzəliyeva yaşadığı ünvandan qaçıb. Daha sonra o, tapılıb.

Hadisədən 6 ay sonra cinayət işi üzrə ailənin başçısı Fərzəliyev Asəf Fərzəli oğlu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə), 66.3-cü (cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir) və onun qardaşı Fərzəliyev Fəxri Fərzalı oğlu 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə Yasamal Rayon Prokuorluğunda təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə A.Fərzəliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. F.Fərzəliyev barəsində isə bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan məhkum A.Fərzəliyevin müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi