​Cəmil Həsənli: "Qızım həbs olunmayıb və evdədir"

​Cəmil Həsənli: "Qızım həbs olunmayıb və evdədir" "Yalnız yuxarı instansiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minəcək"
Hadisə
23 Fevral , 2015 11:56
​Cəmil Həsənli: Qızım həbs olunmayıb və evdədir

Bakı. 23 fevral. REPORT.AZ/ Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli həbs olunmayıb. "Report"un məlumatına görə, bu barədə C.Həsənli özünün facebook sosial şəbəkəsindəki səhifəsində yazıb. O bildirib ki, hazırda qızı evdədir.

C.Həsənli əlavə edib ki, G.Həsənli barəsində məhkəmə hökmündən Bakı Apelyasiya Məhkəməsinə şikayət veriləcək: "Yalnız yuxarı instansiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minəcək. Yasamal Rayon Məhkəməsi Günel Həsənliyə 1 il 6 ay məntəqə tipli cəza verib və bu, azadlığın və hərəkətin məhdudlaşdırılmasını özündə ehtiva edən məntəqə tipli cəza növüdür".

Xatırladaq ki, Günel Həsənli 2014-cü ilin sentyabrın 19-da özünə məxsus "KİA" markalı avtomobillə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib. Fevralın 20-də isə Yasamal Rayon Məhkəməsinin hökmü ilə G.Həsənli 1,6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edilib.

Son xəbərlər

Orphus sistemi