Həmkəndlisini bıçaqlayan şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib

Həmkəndlisini bıçaqlayan şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib Zəkəriyyə Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Hadisə
5 Noyabr , 2015 11:55
Həmkəndlisini bıçaqlayan şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini bıçaqlayan Zəkəriyyə Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. “Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Z.Cəfərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Xaçmaz rayon sakini Zəkəriyyə Cəfərov həmkəndlisi Orxan Mehralıyevi mübahisə zəminində bıçaqla yaralayıb. Hadisədən sonra O.Mehralıyev xəstəxanaya aparılıb. Z.Cəfərov isə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi