​Həbsxana yoldaşının üstünə qaynar su tökən dustağın cəzası 17 ilədək uzadılıb

​Həbsxana yoldaşının üstünə qaynar su tökən dustağın cəzası 17 ilədək uzadılıb Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
21 Aprel , 2016 12:55
​Həbsxana yoldaşının üstünə qaynar su tökən dustağın cəzası 17 ilədək uzadılıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsxanada kamera yoldaşına ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 1966-cı il təvəllüdlü Ramiz İmaniyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun əvvəlki cəzası da nəzərə alınmaqla R.İmaniyev 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan rayonunda yerləşən 3 saylı cəza çəkmə müəssisəsində baş verib. İttiham aktına əsasən, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə 15 il azadlıqdan məhrum edilən R.İmaniyev kamera yoldaşı Ağasadıq Əliyevin üzərinə xuliqanlıq niyyəti ilə qaynar su töküb. Hadisə nəticəsində A.Əliyev bədən xəsarətləri alıb.

R.İmaniyevə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham edilib. Hadisəni törədən şəxs cinayəti dini əqidə səbəbindən törətdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi