Həbsdə olan qardaşının pulunu mənimsəyən şəxsə hökm oxunub

Həbsdə olan qardaşının pulunu mənimsəyən şəxsə hökm oxunub Fəxrəddin Dadaşov 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
5 Oktyabr , 2015 16:12
Həbsdə olan qardaşının pulunu mənimsəyən şəxsə hökm oxunub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan qardaşına qarşı dələduzluqda təqsirləndirilən Fəxrəddin Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxs dindirilib.

O, ifadəsində bildirib ki, hər həftə həbsdə olan qardaşının yanına gedəndə 2 min manat pul verib: "Bu işdən xəbərim yoxdur. Qardaşımın pulunu niyə yeməliyəm ki?! Firudin ilk dəfə tutulanda onun həbs olunmasına imkan vermədim. Belə bir iş tutsaydım deyərdim ki, etmişəm. Hər həftə onun yanına gedəndə 2 min manat pul vermişəm".

Dövlət ittihamçısı məhkəmədən Fəxrəddin Dadaşovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hakimlər fasilə elan edib. Fasilədən qayıdan məhkəmə heyəti hökmü oxuyub.

Məhkəmənin hökmü ilə Fəxrəddin Dadaşov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Dadaşov hazırda həbsdə olan qardaşı Firudin Dadaşovun 174 min manat pulunu mənimsəməkdə təqsirləndirilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, zərərçəkən F.Dadaşov 2008-ci ildə həbs olunub. O, 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi