Hacıbala Abutalıbov: "Problem olmasa, bu həftənin şənbə günündən təmir işlərinə başlayacağıq" - FOTO

Hacıbala Abutalıbov: "Problem olmasa, bu həftənin şənbə günündən təmir işlərinə başlayacağıq" - FOTO "Prezidentin tapşırığına əsasən, kimliyindən asılı olmayaraq cinayətkar mütləq cəzasını alacaq"
Hadisə
20 May , 2015 11:53
Hacıbala Abutalıbov: Problem olmasa, bu həftənin şənbə günündən təmir işlərinə başlayacağıq - FOTO

Bakı. 20 may. REPORT.AZ/ "Prezidentin tapşırığına əsasən, kimliyindən asılı olmayaraq cinayətkar mütləq cəzasını alacaq". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. 

O bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) sabah binanı müayinə edəcək: "Əgər FHN desə ki, o binanın dayanıqlılığı yüksəkdir və orada işə başlamaq olar, o zaman təmir işlərinə başlaya bilərik. Heç bir problem olmasa, bu həftənin şənbə günündən təmir işlərinə başlayacağıq".
H.Abutalıbov deyib ki, binanın bütün ailələri ilə ayrı-ayrılıqda  görüşlər keçirilib: "Ailələrin çoxu pulu alıb, lakin qohumlarının evlərinə gedəcəklərini dedilər. Bu da başadüşüləndir, çünki onlara ürək-dirək verilməlidir. Tək kotteclərdə qalıb psixoloji sarsıntı keçirə bilərlər. Bina tam təmir olunandan sonra sakinlər evlərinə köçə biləcəklər. Mebeldən tutmuş mətbəx əşyalarına qədər ən yüksək səviyyədə təmin ediləcəklər. Çox güman ki, bütün təmir işləri iki-üç aya qədər bitəcək".

Son xəbərlər

Orphus sistemi