Hava şəraiti ilə bağlı ​Şamaxıda 5 kəndlə əlaqə kəsilib

Hava şəraiti ilə bağlı ​Şamaxıda 5 kəndlə əlaqə kəsilib Kənd yollarının qardan təmizlənməsi işlərinə günün ikinci yarısı başlanılacaq
Hadisə
26 Yanvar , 2016 11:29
Hava şəraiti ilə bağlı ​Şamaxıda 5 kəndlə əlaqə kəsilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Şamaxı rayonunun beş kəndi ilə əlaqə kəsilib. "Report"un məlumatına görə, güclü qar səbəbi ilə rayon ərazisindəki yollar bağlanıb və ucqar dağ kəndləri ilə əlaqə kəsilib. Rayonun Qaleybuğurt, Sis, Qaladərəsi, Pirbəhli və Zarat kəndlərinə gediş-gəliş yoxdur. Şamaxı rayon 9 saylı Yol İstismarı İdarəsindən bildirilib ki, hazırda idarənin balansında olan 10-a yaxın ağır texnika və canlı qüvvə Bakı- Şamaxı-Yevlax magistral yolunun Şamaxı rayonu ərazisndən keçən hissəsini qardan təmizlədiyi üçün kənd yollarının qardan təmizlənməsi işlərinə və yolların açılmasına günün ikinci yarısı başlanılacaq. 

Son xəbərlər

Orphus sistemi