​Hava limanında Türkiyə vətəndaşının üzərindən 12 min dollar aşkarlanıb

​Hava limanında Türkiyə vətəndaşının üzərindən 12 min dollar aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
18 Fevral , 2016 16:19
​Hava limanında Türkiyə vətəndaşının üzərindən 12 min dollar aşkarlanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Hava Limanında bəyannamə təqdim etməyən Türkiyə vətəndaşının üzərindən 12 min ABŞ dolları aşkar edilib. Bu barədə "Report"a DGK Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə Respublikasının vətəndaşı Taşkın Murat Mehmet Kamil gömrük nəzarətindən keçən zaman bəyannamə təqdim etməyib.

M.Taşkının hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb. Nəticədə onun şalvarının ciblərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış cəmi 12 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi