​Hamlet İsaxanlının qızını döyən şəxslərin məhkəməsi başlayıb

​Hamlet İsaxanlının qızını döyən şəxslərin məhkəməsi başlayıb Proses qapalı keçirilir
Hadisə
17 Mart , 2015 17:50
​Hamlet İsaxanlının qızını döyən şəxslərin məhkəməsi başlayıb

Bakı. 17 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Prokurorluğunun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində iştirak edən şəxslər barəsində Xətai rayon Məhkəməsinin çıxardığı qərarla bağlı apellyasiya protestinə baxılır.

"Report"un məlumatına görə, Ü.İsayevanı döydüyü iddia olunan Zaur Məmmədov və Elin Məmmədov qardaşlarının işinə ayrı-ayrılıqda baxılır. Qapalı keçirilən proseslərdən birinə sədrliyi hakim Rizvan Səfərov, digərinə isə hakim Sahibxan Mirzəyev edir.

Xatırladaq ki, Ü.İsayeva martın 9-da Bakının Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində Zaur Məmmədov və Elin Məmmədov tərəfindən fiziki işgəncəyə məruz qalıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğu Z.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hakimi Raziyə Ataşova vəsatəti təmin etməyib. Bundan sonra Bakı Şəhər Prokurorluğu apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi