Hamlet İsaxanlı: "Kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur"

Hamlet İsaxanlı: "Kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur" Xəzər Universitetinin təsisçisi açıqlama yayıb
Hadisə
18 Mart , 2015 11:18
Hamlet İsaxanlı: Kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur

Bakı. 18 mart. REPORT.AZ/ Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı qızı Ülkər İsayevanın ətrafında baş verən qalamqalla bağlı açıqlama yayıb. “Report”un xəbərinə görə, açıqlamada rektor görüntülərdə onun qızı Ü.İsayeva ilə bağlı yayılan məlumatları təkzib edib: “Martın 17-də mən xaricdə olarkən səhərə yaxın bir müxbir mənə zəng edib “qızınızı maşında döyüblər və deyəsən öldürüblər” dedi. Mənim vəziyyətimi təsəvvür edə bilərsiniz. Ev ilə əlaqə yaratdım, xəbərin yalan olduğu ortaya çıxdı. Sonra ikinci müxbir zəng etdi və mən ona bir qədər əsəbi cavab verdim (nə dediyim yadımda deyil).

Əslində, nə baş verdiyini təfsilatı ilə bilməyinizi istəyirəm: Mənim qızım öz rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd edirlər. Sonda, dağılışanda qızları evlərinə ötürərkən mənim qızım olan maşına məclisdə iştirak edən Katya adlı bir qızı da götürürlər ki, onu da yaşadığı yerə buraxsınlar. Yolda həmin qız, yəqin ki, bir qədər içkili olduğundan, söyüşlər söyür, tərbiyəsiz sözlər işlədir. Maşındakı oğlanlar hirslənir, maşını saxlayaraq onu maşından düşürürlər. Həmin qızla necə rəftar olunduğu kamera görüntülərində var. Bu kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur. Bundan sonra oğlanlar hüquq-mühafizə orqanları tərəfindən dindirilir və etdikləri hərəkətlərə görə cəzalandırılacaqları bildirilir. Mənim qızım da dostlarını cəzadan xilas etmək üçün ifadə verərək “kamera görüntülərindəki o qız mənəm və heç bir şikayətim yoxdur” deyir. Qızımın günahı da məhz budur. Sonra həmin video görüntülər məhkəmə işcisi (mümkündür ki, müstəntiq) tərəfindən mətbuata ötürülür, internetə qoyulur və bununla da həqiqətə uyğun olmayan, yanlış informasiya yayılır.

Prokurorluqdan bu video görüntüləri internetə yerləşdirəni müəyyənləşdirib uyğun tədbir görməsini istəyirəm”.

Son xəbərlər

Orphus sistemi