Hadi Rəcəbli dəfn olunub - YENİLƏNİB-2

Hadi Rəcəbli dəfn olunub - YENİLƏNİB-2 Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Hadisə
17 Aprel , 2024 15:27
Hadi Rəcəbli dəfn olunub - YENİLƏNİB-2

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli dəfn olunub.

“Report” xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

13:32

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

“Report” xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Hazırda onun cənazəsi dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

11:05

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilir.

“Report”un xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, H.Rəcəbli 76 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi