Hacıqabulda zəlzələ olub

Hacıqabulda zəlzələ olub Yeraltı təkanların maqnitudası 3,1, dərinliyi 52 km olub
Hadisə
8 Yanvar , 2016 09:13
Hacıqabulda zəlzələ olub

Bakı. 8 yanvar. REPORT.AZ/ Hacıqabul rayonunda zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Yeraltı təkanlar yerli vaxtla 04:45-də, Saatlıdan 37 km şimali-şərqdə, Hacıqabul rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 3,1, dərinliyi 52 km olan zəlzələ hiss edilməyib.

Son xəbərlər

Orphus sistemi