Hacıqabulda yol qəzasında sürücü yaralanıb

Hacıqabulda yol qəzasında sürücü yaralanıb Hadisə bu gün axşam saatlarında rayonun Nəvahi ərazisindən keçən hissəsində qeydə alınıb
Hadisə
5 Avqust , 2016 19:42
Hacıqabulda yol qəzasında sürücü yaralanıb

Hacıqabul. 5 avqust. REPORT. AZ / Hacıqabulda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Nəvahi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şirvan sakini, 59 yaşlı Sülhəddin Abısalam oğlu Nəcəfov idarə etdiyi “Siuzi” markalı yük maşını ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi