Bakı. 10 sentyabr. REPORT.AZ/ Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsi ərazisində baş verib.
Yevlax rayon sakini Elşad Qafarovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Sumqayıt şəhər sakini İzzət İsgəndərovun idarə etdiyi "MAN" markalı yük maşını toqquşub. Nəticədə "Mercedes"də olan sərnişin Yevlax rayon sakini Sabir Hüseynov hadisə yerində ölüb. Sürücü E.Qafarov isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.