Hacıqabulda maşın işıqlandırma sisteminə çırpılıb, 1 nəfər xəsarət alıb

Hacıqabulda maşın işıqlandırma sisteminə çırpılıb, 1 nəfər xəsarət alıb Qəza idarəetmənin itməsi nəticəsində baş verib
Hadisə
26 İyun , 2016 08:50
Hacıqabulda maşın işıqlandırma sisteminə çırpılıb, 1 nəfər xəsarət alıb

Hacıqabul. 26 iyun. REPORT.AZ/ Bu gün səhər saatlarında Hacıqabulun Muğan kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, Qəbələ rayon sakini Şahmar Bilal oğlu Mahmudov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı işıqlandırma sistemlərinə vurub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilk tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi