​Gürcüstan vətəndaşları Bakıda öz həmyerlilərini girov götürərək 10 min manat tələb edib

​Gürcüstan vətəndaşları Bakıda öz həmyerlilərini girov götürərək 10 min manat tələb edib Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
17 Noyabr , 2014 12:43
​Gürcüstan vətəndaşları Bakıda öz həmyerlilərini girov götürərək 10 min manat tələb edib
Bakı. 17 noyabr. REPORT.AZ/ Gürcüstan vətəndaşı Boris Maçaidze Bakıda girov götürülüb. “Report”un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə idarələri və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayının 11-dən 14-dək olan müddətdə Gürcüstan vətəndaşı Boris Maçaidzeni Bakı şəhəri ərazisindəki müxtəlif evlərdə girov saxlayıb öldürəcəkləri ilə hədələyərək buraxılması müqabilində ailə üzvlərindən 10.000 manat tələb etmiş həmyerliləri Georgi Qatanadze, Teymurazi Kobaxidze, Mogeli Gelaşvili və Bakı şəhər sakini Rəfayel Xubalaşvili tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi