​Gürcüstan həbsxanalarında 39 Azərbaycan vətəndaşı cəza çəkir

​Gürcüstan həbsxanalarında 39 Azərbaycan vətəndaşı cəza çəkir Dustaq həyatı yaşayan əcnəbilər arasında Türkiyə vətəndaşları üstünlük təşkil edir
Hadisə
2 Mart , 2015 08:42
​Gürcüstan həbsxanalarında 39 Azərbaycan vətəndaşı cəza çəkir

Bakı. 2 mart. REPORT.AZ/ Hazırda Gürcüstan həbsxanalarında 39 Azərbaycan vətəndaşı cəza çəkir.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Probasiya və Cəzaların İcrası Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, qonşu ölkədə ümumilikdə 187 əcnəbi dustaq həyatı yaşayır. Onların arasında 76 Türkiyə, 41 Rusiya və 39 Azərbaycan vətəndaşı var.

Gürcüstanda ümumilikdə 10 mindən çox dustaq cəza çəkir.

Son xəbərlər

Orphus sistemi