Gün ərzində 74 cinayət faktı qeydə alınıb

Gün ərzində 74 cinayət faktı qeydə alınıb 74 cinayət faktından 34-nün üstü “isti izlər”lə açılıb
Hadisə
17 Yanvar , 2015 18:27
Gün ərzində 74 cinayət faktı qeydə alınıb

BAKI. 17 yanvar. REPORT.AZ/ Yanvarın 16-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 74 cinayət faktından 34-nün üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 32 nəfər tutulub.

Son xəbərlər

Orphus sistemi