Güclü yağış səbəbindən Qəbələ rayonunun Laza kəndi ilə əlaqə kəsilib

Güclü yağış səbəbindən Qəbələ rayonunun Laza kəndi ilə əlaqə kəsilib Rayon İcra Hakimiyyətindən günün sonuna qədər həmin kəndlə əlaqənin bərpa olunacağı bildirilib
Hadisə
2 Sentyabr , 2016 16:14
Güclü yağış səbəbindən Qəbələ rayonunun Laza kəndi ilə əlaqə kəsilib

Qəbələ. 2 sentyabr. REPORT.AZ/ Dünən axşam saatlarından başlayan güclü yağış nəticəsində Qəbələ rayonunun Laza kəndi ilə əlaqə kəsilib.

“Report”un bölgə müxbirinin verdiyi xəbərə görə, kəndə gediş-gəliş hələ də bərpa olunmayıb.

Hazırda yolun açılması istiqamətində işlər aparılır. Ərazidə ağır texnika işləyir. Sel suları nəticəsində Dəmiraparan çayı öz məcrasını dəyişib. Çay yatağının kənarında olan yeraltı borular sıradan çıxıb.

Bundan başqa, kəndə elektrik enerjisinin verilməsi də kəsilib.

Qəbələ rayon İcra Hakimiyyətindən verilən məlumata görə, günün sonuna qədər həmin kəndlə əlaqə bərpa olunacaq. 

Son xəbərlər

Orphus sistemi