Bakı. 18 fevral. REPORT.AZ/ Gecə saat 23:00 radələrində başlayan güclü külək Quba rayonunu işıqsız qoyub.
"Report" xəbər verir ki, güclü külək yollarda da çətinliklər yaradıb.
Quba-Xaçmaz yolunda olan bəzi çürük ağacların budaqları yola aşıb. Yoldan istifadə edən sürücülərin köməkliyi ilə yolları ağac budaqlarından təmizləmək mümkün olub. Eyni zamanda rayonun dağ kəndlərinə gedən elektrik xəttlərində problemlər yaranıb. Təhlükəsizlik məqsədi ilə Quba-Qonaqkənd, Quba-Xaltan, Quba-Buduq, Zeyid, Quba-Söhüb və Quba-Xınalıq kəndlərində elektrik enerjisi dayandırılıb.
Dağ kəndləri ilə yanaşı rayonun özündə də elektrik enerjisinin verilişi dayandırılıb. Hal hazırda isə güclü külək davam edir.