Bakı. 19 yanvar. REPORT.AZ/ Lənkəranda əsən güclü külək beşmərtəbəli yaşayış binasının dam örtüyünü uçurub. "Report"un məlumatına görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Güclü külək həmin küçədə yerləşən 46/12 saylı, 45 mənzilli beşmərtəbəli yaşayış binasının dam örtüyünü uçurub və binanın həyətinə düşüb.
Hazırda küləyin gücü saniyədə 22-25 metrdir.