Güclü külək Bərdədə bir sıra fəsadlar yaradıb - FOTO

Güclü külək Bərdədə bir sıra fəsadlar yaradıb - FOTO Çoxmənzilli yaşayış binalarının dam örtükləri sıradan çıxıb
Hadisə
29 Mart , 2016 16:28
Güclü külək Bərdədə bir sıra fəsadlar yaradıb - FOTO

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Bərdə rayonunda bir sıra fəsadlara səbəb olub. 

Bərdə Mənzil-Təmir İstismar Sahəsindən "Report"a bildirilib ki, rayon üzrə bütün çoxmənzilli binaların dam örtüklərinə baxış keçirilir və təbii hadisənin törətdiyi fəsadlar aradan qaldırılır: "Yağış suları bir neçə mənzilin içərisinə dolub, yollarda iri gölməçələr yaranıb. Bundan başqa, güclü külək çoxmənzilli yaşayış binalarının dam örtüklərini sıradan çıxarıb və yararsız hala salıb". 

Qeyd edək ki, aramsız yağan yağış səbəbindən Tərtər çayında suyun səviyyəsi artıb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb. 

Son xəbərlər

Orphus sistemi