Güclü dolu və leysan Şamaxıda bir sıra fəsadlar törədib

Güclü dolu və leysan Şamaxıda bir sıra fəsadlar törədib Ucqar dag kəndi ilə rayon mərkəzinin əlaqəsi kəsilib
Hadisə
9 May , 2016 23:14
Güclü dolu və leysan Şamaxıda bir sıra fəsadlar törədib

Bakı. 10 may. REPORT.AZ/ Şamaxıya yağan güclü dolu və leysan yağışlar bir sıra fəsadlar törədib. "Report"-un xəbərinə görə, axşam saatlarında rayonun Ərçiman kəndinə gülcu leysan yağması nəticəsində kənd ətrafındakı ərazilərə ciddi ziyan dəyib.

Nəticədə hektarlarla taxıl əkin sahələri sel sularının altında qalıb.

Kənd sakinlərinin sözlərinə görə, sel suları 3 baş iri buynuzlunu və 100-dən çox ev quşunu aparıb. Eyni vaxtda rayonun Cağan kəndinə də dolu duşub.

Dolu səbəbindən taxıl və bostan sahələrinə ciddi ziyan dəyib. Hazırda 600-dən çox əhalisi olan Ərçiman kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Son xəbərlər

Orphus sistemi