Göygöldə yol qəzası baş verib, sürücü xəsarət alıb

Göygöldə yol qəzası baş verib, sürücü xəsarət alıb Qəzanın dəqiq səbəbləri araşdırılır
Hadisə
20 Avqust , 2016 23:50
Göygöldə yol qəzası baş verib, sürücü xəsarət alıb

Gəncə. 20 avqust. REPORT.AZ/ Göygöl rayonunda yol qəzası baş verib.

Göygöl rayon Polis Şöbəsindən Report”un Qərb bürosuna verilən məlumata görə, axşam saatlarında rayon sakini, 1985-ci il təvəllüdlü Firuz Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil Topal Həsənli kəndində hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan yaralının cərrahiyyə əməliyyatına alındığı və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəzanın dəqiq səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi