Bakı. 12 iyun. REPORT.AZ/ Göygöldə baş vermiş yol qəzasında sürücü ölüb. "Report" xəbər verir ki, hadisə Gögöl rayonunun Qırıqlı kəndində baş verib.
Şəmkir rayon sakini, 1943-cu il təvəllüdlü Ağaməhəmməd Allahverdiyev idarə etdiyi “Lada 014” markalı avtomobili dərəyə aşırıb. Nəticədə A.Allahverdiyev hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.