Göygöldə orta məktəbdə baş vermiş bədbəxt hadisə bağlı cinayət işi başlanıb

Göygöldə orta məktəbdə baş vermiş bədbəxt hadisə bağlı cinayət işi başlanıb Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir
Hadisə
18 Sentyabr , 2015 18:58
Göygöldə orta məktəbdə baş vermiş bədbəxt hadisə bağlı cinayət işi başlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Baş Prokurorluq Göygöl rayonunda orta məktəbdə baş vermiş hadisə bağlı rəsmi məlumat yayıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən"Report"a verilən məlumata görə, sentyabrın 18-də saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbinin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlunun məktəbin futbol meydançasında 125 mm-lik dəmir borulardan düzəldilmiş qapının dirəyindən sallaşan zaman əlləri sürüşərək yerə yıxılması və dəmir dirəyin üzərinə düşməsi nəticəsində bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə iş üzrə müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi