Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb

Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb Göygöldə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 Aprel , 2024 10:27
Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb

Göygöldə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Eşqin Bayramov idarə etdiyi "VAZ 21014" markalı avtomobillə Göygöl şəhəri, Azay Kazımov küçəsində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə o, həmin küçə ilə hərəkət edən piyada Nemət Verdiyevi vurub. Sonuncu müxtəlif xəsarətlər alaraq hadisə yerindəcə ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi