Göygöldə baş verən davada iki nəfər bıçaqlanıb

Göygöldə baş verən davada iki nəfər bıçaqlanıb Polis hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsini araşdırır
Hadisə
14 Sentyabr , 2015 04:53
Göygöldə baş verən davada iki nəfər bıçaqlanıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Göygöl rayonunda bir neçə nəfərin iştirakı ilə dava baş verib.

"Report" Kəpəz TV-yə istinadən xəbər verir ki, mübahisə zamanı iki nəfər Bakı şəhər sakini Müqabil Əlövsət oğlu Kərimov və Göygöl sakini Sərxan Faiq oğlu Məhərrəmov bədənin müxtəlif nahiyyələrindən bıçaq zərbələri alıb.

Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə yaralılardan Sərxan Məhərrəmov ürək Müqabil Kərimov isə bel nahiyyəsindən xəsarət alıb. Hər iki şəxsin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Polis hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsini araşdırır.

Son xəbərlər

Orphus sistemi