Göygöldə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Göygöldə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB Bakı-Qazax magistral yolunun Göygöldən keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
24 Fevral , 2024 06:03
Göygöldə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan "Mercedes Vito" markalı mikroavtobusun Göygöl rayonunda yük maşını ilə toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri, 1965-ci il təvəllüdlü X.İsayeva və 1985-ci il təvəllüdlü V.Babayev, 1994-cü il təvəllüdlü M.Məmmədli, 1972-ci il təvəllüdlü Q.Musayev, 1993-cü il təvəllüdlü A.Qssımov və 2004-cü il təvəllüdlü E.Musalı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

5:47

Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun ilkin məlumatına görə, "Mercedes Vito" markalı mikroavtobusla "QAZ-53" markalı kiçik tutumlu yük maşının toqquşması nəticəsində 1 nəfər dünyasını dəyişib, daha bir nəfər isə xəsarət alıb.

Yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi