Göygöldə 21 yaşlı piyadanı avtomobil vurub

Göygöldə 21 yaşlı piyadanı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Oktyabr , 2016 18:24
Göygöldə 21 yaşlı piyadanı avtomobil vurub

Göygöl. 4 oktyabr. REPORT.AZ/ Göygöl rayonunda 21 yaşlı piyadanı avtomobil vurub.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından "Report"un Qərb bürosuna verilən məlumata görə, Daşkəsən rayon sakini, 1995-ci il təvəllüdlü Cananə Quliyeva ayağının sınığı diaqnozu ilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən tibbi xidmət göstərilən yaralının vəziyyəti orta-ağır olaraq qalır.

Onun yaxınlarının dediyinə görə, C.Quliyeva Göygöl rayonunun Qızılca kəndində marşurtdan düşüb yolu keçmək istəyərkən başqa bir avtomobil tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi