​Göyçayda toydan qayıdan maşınlar toqquşub: ölən və yaralananlar var - FOTO

​Göyçayda toydan qayıdan maşınlar toqquşub: ölən və yaralananlar var - FOTO Hadisə Qaraməryəm kəndi ərazisində baş verib
Hadisə
26 Dekabr , 2015 21:25
​Göyçayda toydan qayıdan maşınlar toqquşub: ölən və yaralananlar var - FOTO

Bakı. 26 dekabr. REPORT.AZ/ Göyçay rayonunda ölümlə nəticələnən qəza baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 190-cı km-də, yolun Qaraməryəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yerli sakin Xanbutov Aleksandrın idarə etdiyi "10-ÜG-540" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili Göyçay istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn "VAZ 21 015" (90-XL-615) markalı maşın ilə toqquşub. Nəticədə hər iki maşında ölən və yaralananlar olub. Zərərçəkənlərin şəxsiyyəti hələ ki məlum deyil.

Hadisə yerinə İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin xilasediciləri gəlib. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər çıxarılıb. Qəza yerinə, həmçinin Göyçay və İsmayıllıdan təcili yardım briqadaları cəlb olunub.

Hazırda polis əməkdaşları hadisə yerində iş aparırlar.

Qəzaya düşən maşınların hər ikisi toy mərasimlərindən qayıdırlarmış.

Son xəbərlər

Orphus sistemi