Göyçayda avtomobil yanıb

Göyçayda avtomobil yanıb Hadisə Yekəxana kəndində baş verib
Hadisə
18 İyun , 2016 19:30
Göyçayda avtomobil yanıb

Bakı. 18 iyun. REPORT.AZ/ Göyçay rayonunda avtomobil yanıb. "Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Yekəxana kəndində baş verib.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış 5 ton ot bağlaması və yaxınlıqda dayanmış “Qaz” markalı minik avtomobili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi