Göyçayda 14 yaşlı yeniyetmə suda boğulub

Göyçayda 14 yaşlı yeniyetmə suda boğulub Məmmədov Vüqar Elşad oğlunun cəsədini atdığı yerdən 1000 metr aralıda tapılıb
Hadisə
6 İyul , 2016 20:59
Göyçayda 14 yaşlı yeniyetmə suda boğulub

Bakı. 6 iyul. REPORT.AZ/ Göyçay rayonunda suda boğulma hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Dövranlı kəndi ərazisindən keçən Şirvan kanalına 1 nəfərin (yaxınlıqdakı xilasetmə məntəqəsindən 120 km aralıda nəzarətsiz ərazidə) düşməsi barədə məlumat daxil olub. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 2002-ci il təvəllüdlü Məmmədov Vüqar Elşad oğlunun cəsədini atdığı yerdən 1000 metr aralıda tapıb çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Əməliyyat saat 19:15-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi