Göyçay sakini qardaşını və daha iki nəfəri bıçaqlayıb

Göyçay sakini qardaşını və daha iki nəfəri bıçaqlayıb Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qasımov tutulub
Hadisə
8 İyul , 2016 12:56
Göyçay sakini qardaşını və daha iki nəfəri bıçaqlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Göyçayda münaqişə zəminində üç nəfəri bıçaqlayan şəxs tutulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, iyulun 8-də Göyçay şəhərindəki yeməkxanada şəhər sakini Orxan Qasımov münaqişə zəminində qardaşı Vüsala, həmyerliləri Mübariz Vəliyevə və Ənvər Kərimova bıçaqla xəsarət yetirib.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Qasımov tutulub.

Son xəbərlər

Orphus sistemi