Göyçayda baş verən avtomobil qəzasında hamilə qadın ağır xəsarət alıb

Göyçayda baş verən avtomobil qəzasında hamilə qadın ağır xəsarət alıb Həkimlər Günel Allahverdiyevanın vəziyyətini orta ağır kimi qiymətləndiriblər
Hadisə
13 İyul , 2015 12:52
Göyçayda baş verən avtomobil qəzasında hamilə qadın ağır xəsarət alıb

Bakı. 13 iyul. REPORT.AZ/ Göyçay rayonunda ağır avtomobil qəzası baş verib. "Report" xəbər verir ki, "VAZ 2107" markalı minik maşını ilə qarşı tərəfdən gələn "Volkswagen Touareg" toqquşub.

Qəza rayonun Heydər Əliyev prospektində olub. Zərbənin təsirindən "VAZ 2107"nin arxa qapısı açılıb və maşında olan sərnişin, Laçın rayonundan məcburi köçkün, Göyçayın Qaraməryəm kəndində məskunlaşan 1990-cı il təvəllüdlü Allahverdiyeva Günel Tofiq qızı yerə yıxılıb. 

Zərərçəkmiş dərhal rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və yaralıya tibbi yardım göstərilib. Həkimlər hamilə olan Günel Allahverdiyevanın vəziyyətini orta ağır kimi qiymətləndiriblər. 

Hadisə ilə bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi