Goranboyda bir ailənin 7 üzvü qətlə yetirilib

Goranboyda bir ailənin 7 üzvü qətlə yetirilib Qətlə yetirilənlərdən biri azyaşlıdır
Hadisə
1 Oktyabr , 2014 12:56
Goranboyda bir ailənin 7 üzvü qətlə yetirilib
Bakı. 1 Oktyabr. REPORT.AZ/ Azərbaycanın Goranboy rayonunda bir ailənin 7 üzvü qətlə yetirilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Hadisə oktyabrın 1-də saat 5 radələrində Goranboy rayonunun Səfikürd kəndində baş verib. Belə ki, rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini də polislərə təhvil verib.

Son xəbərlər

Orphus sistemi