Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
1 Avqust , 2021 21:36
Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Borsunlu-Qazaxlar yolunda qeydə alınıb.

"Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən Goranboy rayon sakini, 1964-cü il təvəllüdlü Qüdrət Tanrıverdiyevi vurub.

Q.Tanrıverdiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi