Goranboyda avtomobil aşıb, sürücü xəsarət alıb - YENİLƏNİB

Goranboyda avtomobil aşıb, sürücü xəsarət alıb - YENİLƏNİB Goranboy rayonunun Naftalan-Qızılhacılı yolunda maşın aşıb.
Hadisə
26 Noyabr , 2023 09:41
Goranboyda avtomobil aşıb, sürücü xəsarət alıb - YENİLƏNİB

Naftalan-Qızılhacılı yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanın şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində, Goranboy rayon sakini, 1965-ci il təvəllüdlü S. Quliyev xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

09:03

Goranboy rayonunun Naftalan-Qızılhacılı yolunda maşın aşıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi