Goranboyda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Goranboyda avtomobil aşıb, ölən və xəsarət alanlar var Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
14 İyul , 2023 08:18
Goranboyda avtomobil aşıb, ölən və xəsarət alanlar var

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb.

VAZ-21012 markalı minik avtomobilinin aşması nəticəsində 1990-cı təvəllüdlü Raul Süliddin oğlu Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Aynənsə Oktay qızı Məmmədova və 2013-cü il təvəllüdlü övladı M.R. müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi