Goranboyda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib

Goranboyda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib O, xəstəxanaya yerləşdirilib
Hadisə
9 Avqust , 2016 11:03
Goranboyda arvadı ilə mübahisə edən kişi intihara cəhd edib

Goranboy. 9 avqust. REPORT.AZ/ Goranboy rayonunda 50 yaşlı kişi intihara cəhd edib.

“Report”un qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü A.Ə. həyat yoldaşı ilə mübahisə zəminində sirkə turşusu içərək intihara cəhd edib.

Zərərçəkən ətrafdakı insanların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub, hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi