Bakı. 28 noyabr. REPORT.AZ/ Goranboy rayonunun Veyisli kəndində rayon sakinləri Ələsgər Ələsgərovun və Saday İsmayılovun idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə hər 2 sürücü və Ə.Ələsgərovun sərnişinlərindən Nofəl İsmayılov, habelə S.İsmayılovun sərnişinlərindən Yaşar Rzayev hadisə yerində ölüb, Ə.Əsgərovun digər 3 sərnişini və S.İsmayılovun digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.