Goranboyda 25 yaşlı oğlan özünü asaraq öldürüb, nişanlısı intihara cəhd edib

Goranboyda 25 yaşlı oğlan özünü asaraq öldürüb, nişanlısı intihara cəhd edib Goranboy rayonunda 25 yaşlı oğlan özünü ağacdan asaraq öldürüb, nişanlısı isə intihara cəhd edib.
Hadisə
22 İyun , 2023 19:28
Goranboyda 25 yaşlı oğlan özünü asaraq öldürüb, nişanlısı intihara cəhd edib

Goranboy rayonunda 25 yaşlı oğlan özünü ağacdan asaraq öldürüb, nişanlısı isə intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Camal Məmmədov kəndin ərazisindən keçən çayın kənarında özünü ağacdan asaraq intihar edib. Hadisədən sonra gəncin nişanlısı, 22 yaşlı İ.Bayramova özünü yaşadığı evin həyətindəki tövlədən asaraq intihara cəhd edib. Qadın yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi