​Goranboy və Hacıqabulda yanğın baş verib

​Goranboy və Hacıqabulda yanğın baş verib Hadisə yerlərinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
24 May , 2015 01:37
​Goranboy və Hacıqabulda yanğın baş verib

Bakı. 24 may. REPORT.AZ/ Ötən gün Goranboy rayonu və Hacıqabul şəhərində yanğın hadisələri baş verib.

“Report” xəbər verir ki, Goranboyun Börü kəndində vətəndaşa məxsus ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində pilləkən qəfəsinin çardağı yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hacıqabulda isə vətəndaşa məxsus köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki halda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi