​Gömrükçülər vətəndaşın ayaqqabısının dabanlarında heroin aşkar edib

​Gömrükçülər vətəndaşın ayaqqabısının dabanlarında heroin aşkar edib Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Aprel , 2016 13:46
​Gömrükçülər vətəndaşın ayaqqabısının dabanlarında heroin aşkar edib

Bakı. 11 aprel. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, həmin vətəndaşın ayaqqabısı rentgen qurğusunda yoxlanılarkən monitorda ayaqqabının hər bir tayının dabanında şübhəli predmetin təsviri görünüb.

Təkrar baxış zamanı ayaqqabının dabanlarının sonradan oyularaq hazırlanmış oyuqlarında cəmi 2 ədəd bükümdə, ümumi xalis çəkisi 91,396 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi