Gömrükçülər Azərbaycana 241 min ədəd pirotexniki və tezalışan vasitələrin keçirilməsinin qarşısını alıb

Gömrükçülər Azərbaycana 241 min ədəd pirotexniki və tezalışan vasitələrin keçirilməsinin qarşısını alıb Komitə bütün faktlarla bağlı araşdırma aparıldığını açıqlayıb
Hadisə
9 Dekabr , 2015 12:04
Gömrükçülər Azərbaycana 241 min ədəd pirotexniki və tezalışan vasitələrin keçirilməsinin qarşısını alıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşlarının avtomobilindən ümumilikdə 241 min ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr aşkar edib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan vətəndaşı Mahmud Nəbiyevin idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 14 220 ədəd, Azər Hüseynovun idarə etdiyi “Mercedes Benz E220CDİ” markalı nəqliyyat vasitəsindən 7000 ədəd, Elyar İsmayılovun idarə etdiyi “Peugeot-406” markalı nəqliyyat vasitəsindən 82 550 ədəd, Sönməz Osmanovun idarə etdiyi “Opel Astra” markalı nəqliyyat vasitəsindən 5 436 ədəd, Teymur Əliyevin idarə etdiyi “Mercedes Benz C180” markalı nəqliyyat vasitəsindən 40 800 ədəd, Natiq Əhmədovun idarə etdiyi “BMW 520” markalı nəqliyyat vasitəsindən 12 800 ədəd, Əbülfəz Ələkbərovun idarə etdiyi “VAZ21703” markalı nəqliyyat vasitəsindən 57 600 ədəd, Samir Musayevin idarə etdiyi “Mercedes Benz 200” markalı nəqliyyat vasitəsindən isə 20 400 ədəd, ümumilikdə 240 806 ədəd müxtəlif növ yüksək səs-küylə müşayiət olunan pirotexniki və tezalışan vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunaraq saxlanılıb.

Komitə bütün faktlarla bağlı araşdırma aparıldığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi