​Gömrükçülər 40 mindən çox qaçaqmal siqaret aşkarlayıb

​Gömrükçülər 40 mindən çox qaçaqmal siqaret aşkarlayıb Bütün faktlarla bağlı araşdırma aparılır
Hadisə
14 İyun , 2016 14:14
​Gömrükçülər 40 mindən çox qaçaqmal siqaret aşkarlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Tovuz və Xaçmaz gömrük idarələrinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax rayon sakinlərinə məxsus 3 ədəd avtomobilə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərdən üzərində aksiz markası olmayan, ümumilikdə 14 800 ədəd, "Sadıxlı” gömrük postunda isə Gürcüstandan Azərbaycana gələn avtomobildən 14 000 ədəd siqaret aşkar olunaraq götürülüb.

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları isə idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçiriblər. Yoxlama zamanı avtomobilin təkərlərinin içindən gömrük nəzarətindən gizlədilmiş 20 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi