Gizirə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Gizirə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
29 İyun , 2016 10:39
Gizirə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Amil Hüseynov və Ələsgər Nağıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseynov və Ə.Nağıyevin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub. Onlar Müdafiə Nazirliyinin giziri Elçin Pənahova qarşı quldurluq etməkdə təqsirli bilinib. Belə ki, A.Hüseynov və Ə.Nağıyev E.Pənahovun qarşısını kəsərək onun üzərinə bıçaq çıxarıb.

Son xəbərlər

Orphus sistemi