​Gəncəyə yağan leysan yağışı fəsadlar törədib

​Gəncəyə yağan leysan yağışı fəsadlar törədib Adiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçib
Hadisə
28 May , 2015 19:25
​Gəncəyə yağan leysan yağışı fəsadlar törədib

Bakı. 28 may. REPORT.AZ/ Bu gün 18:00 radələrində Gəncəyə güclü küləklə müşahidə olunan leysan yağışı yağıb.

"Report" xəbər verir ki, 15-20 dəqiqə davam edən yağış nəticəsində yaranan sel suları şəhər yollarında avtomobillərin hərəkəti üçün çətinliklər yaradıb.

Yağış nəticəsində, həmçinin şəhərin bir neçə istiqamətində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

"Azərişıq" ASC-nin Gəncə regional nümayəndəliyinin əməkdaşları hazırda baş vermiş qəzanın aradan qaldırılması istiqamətində işlər aparırlar.

Küçə və prospektlərdə su qalıqlarının aradan qaldırılması üçün adiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçib. Qaz və suyun verilməsi ilə bağlı problem yaranmayıb.

Son xəbərlər

Orphus sistemi