Gəncədə zəncirvari qəzada biri hərbçi olmaqla beş nəfər xəsarət alıb

Gəncədə zəncirvari qəzada biri hərbçi olmaqla beş nəfər xəsarət alıb "Daewoo" markalı avtomobildə olan hərbçi hospitala yerləşdirilib
Hadisə
22 Sentyabr , 2015 09:23
Gəncədə zəncirvari qəzada biri hərbçi olmaqla beş nəfər xəsarət alıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, şəhərin N.Nərimanov prospektində qeydə alınan yol qəzasında 5 nəfər  xəsarət alıb. Belə ki, Gülüstan qəsəbəsindən şəhər istiqamətində hərəkət edən "Daewoo" markalı minik maşını yolun qadağan olunmuş ərazisinə keçərək qarşı tərəfdən gələn "Niva" və "VAZ 21015" markalı avtomobillərlə toqquşub. Qəza nəticəsində hər iki avtomobildə olan sərnişinlər Məhəmmd Rəsulzadə, Elman Rzayev, Kərim Kərimov, Elşad Haqverdiyev Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə "Daewoo" markalı avtombildə olan 1 hərbçi isə hospitala aparılıb. Zərəçəkənlərə ilkin tibbi yardım göstərilib. Elşad Haqverdiyevin vəziyyəti ağır olduğundan o Mərkəzi Klinikaya aparılıb. Faktla bağlı Gəncə şəhər polis idarəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi