Bakı. 25 iyul. REPORT.AZ/ Gəncədə baş vermiş yol qəzasında 1 nəfər yaralanıb.
Gəncə şəhər Dövlət Yol Polisi İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə axşam saatlarında şəhərin Dədə Qorqud küçəsində baş verib.
“VAZ-2107” markalı avtomaşınla “Mercedes” markalı avtomaşının toqquşması nəticəsində “VAZ”-da olan sərnişin, 1989-cu il təvəllüdlü Şəhla Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.
İlkin ehtimala görə, qəzaya “VAZ-2107” markalı avtomaşının yüksək sürətlə hərəkətdə olarkən sürücüsünün idarəetməni itirməsi səbəb olub.